13 Haziran 2014 Cuma

15 İyun Azərbaycanda Milli Qurtuluş Günüdür

Ölkəmizin günü-gündən inkişafı,güclənməsi və dünyada öz yerini tutması,mənim üçün olduqca qürurverici andır!
Azərbaycanımızın bütün bölgələrində Milli Qurtuluş Günü qeyd olunur.
Dövrünün dahi müasiri - Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqının milli qurtuluşunu təmin etdi.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1992-ci ilin mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı.
Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi.
Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaradıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunub.
Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdu ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olub.
Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb.
Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb.
Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olub.
Heydər Əliyevin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilib. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edib. Onun dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər xarici siyasətinin əsasında isə, ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı.
Heydər Əliyev 1992-ci ildən başlayaraq türkdilli dövlətlər arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində də gərgin fəaliyyət göstərib. O, bütün türk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi şöhrət qazanıb.
Heydər Əliyev Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində son dərəcə gərgin və səmərəli fəaliyyət göstərib. Onun böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli beynəlxalq müqavilələrə imza atılmış və onların həyata keçirilməsinə başlanıb. Heydər Əliyevin təşəbbüsü ilə böyük siyasi məna kəsb edən bir sıra dünya miqyaslı iqtisadi proqramların həyata keçirilməsində Azərbaycan aparıcı rol oynayıb. Böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də Heydər Əliyevin danılmaz xidmətləri olub.
Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində Heydər Əliyevin müstəsna xidmətləri vardır. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərmiş, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul edib.
Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var.
Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb.
Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.

12 Haziran 2014 Perşembe

Mentiq test



1. K, L, M, S və T şəhərləri haqqında bunlar məlumdur :
- K-nın ərazisi L-dən böyük, əhalisinin sayı S-dən çoxdur;
- S-in əhalisi M-dən çox, ərazisi L-dən kiçikdir;
- M-in ərazisi K-dan, əhalisi isə T-dən azdır;
- K-nın əhalisi T-dən və L-dən çoxdur;

Bu məlumatlara görə, aşağıdakılardan hansılar mütləq doğrudur?
1) S-in əhalisi T-dən çoxdur;
2) Ən çox əhalisi olan şəhər K-dır;
3) M ərazisi ən kiçik olan şəhərdir;
4) Ən az əhalisi olan şəhəri tapmaq olmaz;
5) M-in əhalisi L-dən azdır.

A) 1,5 B) 2,4 C) 3,5 D) 1,4 E) 2,3

2. Rəhmanın dörd dostu var:
Arif, Qalib, Murad və Fəriddir. Onlar futbolçu, həkim, sürücü və mühəndisdirlər. Həkim dostu onları qonaq çağırmışdı. Arif və Murad da orada idi. Murad sürücü deyil. Fərid futbolçu dostunun gəlmədiyini görüb ona zəng edib onu da çağırdı. Mətnə əsasən Muradın ixtisasını təyin edin.

A) Həkim B) Mühəndis C) Sürücü D) Müəllim E) Futbolçu

3. Bankın idarə heyətinin keçirdiyi iclasda məlum oldu ki, filialların kredit şöbələrinin 80 %-dən çoxunda verilmiş kreditin məbləği 1,6 mln manatdan çox deyil. Kredit portfeli 1,6 mln manat olan filialların sayı 4 – dürsə, aşağıdakılardan hansı dəqiq məlumdur?

1) Kredit portfeli 1,6 mln manatdan çox olan filialların sayı;
2) Bankın ümumi filiallarının sayı;
3) 1,6 mln manatdan az kredit verən filialların sayı;
4) Filialların birlikdə verdikləri kreditin məbləği;
5) 1,6 mln manatdan az kredit verənlərin sayının digərlərindən çox olması.

A) 1, 3 B) 2, 4 C) 3, 5 D) 1, 4 E) yalnız 5

4. İstedadlı olmaq bir səhifə deyil 300 səhifə yazmaqdır. Hər hansı bir yazıçının yaza bilməyəcəyi heç bir roman yoxdur, təcrübəsiz bir yazıçı belə gözəl bir cumlə qura bilər. Bundan sonra sadəcə qələmi götürüb səbrlə kağızı doldurmaq qalır. Güclü olanlar heç bir zaman işi yarımçıq buraxmazlar, masa arxasında oturur, tərləyərlər amma sona qədər gedərlər. Heç bir vəchlə işə başlaya bilməyən tənbəllərlə istedadlı yazıçıları ayıran budur.

Yuxarıdakı mətnə əsasən aşağıdakı nəticələrdən hansına gəlmək olmaz?

A) Roman yazmaq üçün çox ağıllı olmağa gərək yoxdur.
B) Çox yazmaq istedadın çoxluğuna dəlalət edər.
C) Mübarizə əzmi olanlar güclüdür.
D) Tənbəllər işə başlamağa ərinirlər.
E) İstedad varsa, çox zəhmət çəkmədən də sənətkar olmaq olar.


5. Mehmanxanada beş nəfər K, L, M, N və F turistləri qalır. Onların bəziləri ingilis, bəziləri isə almandır. Onlar ixtisasca həkim, jurnalist, sosioloq, memar və iqtisadçıdırlar.

♦ İqtisadçı olan ya L-dir, ya da M-dir;
♦ Sosioloq M deyil;
♦ M və F almandır;
♦ Jurnalist alman deyil;
♦ Həkim və memar ingilisdirlər.

F-in peşəsi nədir?

A) Həkim B) Memar C) İqtisadçı D) Jurnalist E) Sosioloq

6. Vahid, Əhməd, Bəhruz və Səxavət turist kimi səyahətə gedəcəklər. Onlar İstanbul, London, Moskva və Paris şəhərlərinə getməyi düşünürlər. Onlardan ikisi rəssam, biri fotoqraf digəri isə musiqiçidir. Moskvaya gedən rəssam deyil. Musiqiçi nə Londona, nə də Moskvaya getmir. Səxavət İstanbula getmir. Vahid və Bəhruz rəssam deyillər. Rəssamlar Parisə getmirlər. Vahid də Parisə getmir.

Mətnə əsasən Vahidin və Səxavətin hansı şəhərlərə getdiklərini və ixtisaslarını təyin edin.

A) Vahid – London, Rəssam
Səxavət – Moskva, Fotoqraf
B) Vahid – Moskva, Fotoqraf
Səxavət – London, Rəssam
C) Vahid – Paris, Rəssam
Səxavət – İstanbul, Musiqiçi
D) Vahid – İstanbul, Musiqiçi
Səxavət – Paris, Fotoqraf
E) Vahid – Moskva, Musiqiçi Səxavət – İstanbul, Rəssam

7. A, B, C, X, Y, Z yarış iştirakçıları 6 ardıcıl maneə keçməlidir. Hər maneəni yalnız bir iştirakçı keçə bilmədi və yarışı tərk etdi.

♦ A və X ən azı üç maneə keçdi;
♦ B iki maneədən artıq keçmədi;
♦ C X-dən az, Z-dən çox maneə keçdi;
♦ Y B-dən tez yarışı tərk etdi;
♦ A C-dən çox maneə keçdi.
Onlardan yarışı birinci tərk edən kim oldu ?

A) Y B) C C) B D) Z E) A

8. A, B, C, D, E, F və G H – ın anası, xalası, qardaşı, bacısı, arvadı, atası və qızlarıdırlar.

♦ C və D eyni cinsin nümayəndələridirlər;
♦ F A – dan öncə anadan olub;
♦ H – ın arvadı öz həmyaşıdıdır;
♦ D H – ın anası deyil;
♦ A və D bacıdırlar;
♦ A və B müxtalif cinsin nümayəndələridirlər.

Yuxarıdakılara əsasən mülahizələrdən hansı doğru olmaya bilər ?

A) A H – ın anasıdır.
B) B və G müxtəlif cinslərin nümayəndələridir.
C) D H – ın xalasıdır.
D) E qadın cinsindəndir.
E) G H – ın qızıdır.


9. A, B, C, D, E və F marafon yarış iştirakçılarıdırlar. Finişə A D – dən öncə, C – dən sonra çatdı. E isə A və B – dən tez çatıb. B ilə C eyni anda çatıblar.

D – nin F – dən tez çatdığı məlumdursa, finişə ən tez və ən gec çatan yarışçılar kimlərdir?

A) D, E B) A, F C) E, F D) A, E E) D, F

10. İlkin, Toğrul, Elvin, Samir və Asif müxtəlif ixtisasların sahibidirlər. Həkim, müəllim, dizayner, mühəndis və çilingər olan dostlar kinoteatrın ilk iki sırasına bilet aldılar. Çilingər birinci sırada mühəndis və Samirin yanında oturub. Həkim İlkinin yanında Toğrulun arxasında oturub. Müəllim birinci sırada oturmayıb. Elvin mühəndisin yanında oturub. Asifin ixtisası nədir?

A) Həkim B) Müəllim C) Dizayner D) Mühəndis E) Çilingər

11. A, B, C, D və E qonşudurlar. Onlardan biri həkim, digəri polis, üçüncüsü müəllim, dördüncüsü mühəndis, beşincisi isə jurnalistdir.

♦ A ya həkim, ya da jurnalistdir;
♦ C polis deyil;
♦ C və E – in maşınları var;
♦ Həkim olanın maşını yoxdur;
♦ Müəllim və mühəndisin maşınları yoxdur.
E – nin peşəsi nədir ?

A) həkim B) polis C) jurnalist D) müəllim E) mühəndis

12. İlk avtomobil yaranan vaxtı avtomobillərə kifayət qədər çox tələb var idi. Bunun səbəbi avtomobillərin indiki kimi imkanlılıq simvolu deyil, at arabaları ilə müqayisədə sürət və gücü ilə yaratdığı rahatlılıqlar idi. Xalqın bu böyük marağını görən Henri Ford tez və istehsalı ucuz başa gələn bir növ və bir rəngdə "T" modeli istehsal etdi. Mətndə verilənlərə əsasən aşağıdakı fikirlərdən hansı deyilə bilməz ?

A) İstehlakçıların avtomobil alma imkanlarının yeterli olması.
B) Avtomobilə sahib olanların fərqli bir statusa sahib olmasını.
C) Avtomobillərin insanların daha rahat yaşamalarına imkan verməsi.
D) Avtomobil istehsalının ona tələbin qarşılığında zəif olması.
E) Texnologiyanın gündəlik həyatın ayrılmaz bir hissəsi olduğu.


13. Masanın üstündə qırmızı, yaşıl və sarı rəngdə üç zərf var. Bu zərflərdən birinə şəkil, o birinə məktub, digərinə isə ərizə qoyulacaq.

♦ şəkil yaşıl zərfə qoyulsa, sarı zərfə mütləq məktub qoyulacaq;
♦ qırmızıya məktub qoyulsa, yaşıla ərizə qoyulacaq;
♦ şəkil qırmızıya qoyulsa, yaşıla ərizə qoyulacaq.

Yuxarıdakı şərtlər nəzərə alınmaqla əgər, sarı zərfə ərizə qoymaq istəsək, aşağıdakılardan hansı mütləq doğrudur ?

A) şəkil yaşıl zərfə qoyular
B) məktub qırmızıya qoyular
C) qırmızıya şəkil qoyular
D) məktub yaşıla qoyular
E) ərizənin sarı zərfə qoyulması, şərtlərə ziddiyət təşkil edir


14. A, D, Ə, B və X dostları 35, 34, 33, 30 və 28 yaşlarınlarındadırlar. Onlar həkim, mühəndis, pedaqoq, iqtisadçı və sosioloqdurlar. B D – dən kiçik, A – dan isə böyükdür. A nə 35 nə də 34 yaşındadır. Nə Ə nə də X A – dan böyük deyil. X yaşca ən kiçik olan da deyil. Həkim olan nə Ə, nə də D – dir. X nə sosioloq, nə də iqtisadçıdır. Sosioloq yaşca ən kiçik olandır. Yaşca ən böyük nə pedaqoq, nə də iqtisadçıdır. B iqtisadçı, X – də pedaqoq deyil. A, D, Ə, B və X – nın yaşlarını və ixtisaslarını təyin edin.
A) A – 33, Həkim
D – 28, Mühəndis
Ə – 30, Pedaqoq
B – 34, Sosioloq
X – 35, İqtisadçı
B) A – 33, İqtisadçı
D – 35, Mühəndis
Ə – 28, Sosioloq
B – 34, Pedaqoq
X – 30, Həkim
C) A – 35, Mühəndis
D – 34, İqtisadçı
Ə – 28, Sosioloq
B – 30, Həkim
X – 33, Pedaqoq
D) A – 34, Mühəndis
D – 35, İqtisadçı
Ə – 28, Sosioloq
B – 30, Həkim
X – 33, Pedaqoq
E) A – 34, İqtisadçı
D – 35, Həkim
Ə – 28, Pedaqoq
B – 33, Sosioloq
X – 30, Mühəndis



15. Bir şirkətdə daha əvvəl işə başlayan işçilərin imtiyazları və maaşları sonradan işə başlayanlardan daha çoxdur. Bu şirkətdə işləyən 5 şəxs ( X, Y, Z, T, U) haqqında aşağıdakılar məlumdur :


♦ X Z – dən daha sonra təqaüdə ayrılacaq ;
♦ T getdikdən sonra U ən çox imtayaza sahib işçi olacaq ;
♦ Yeməkxanada həmişə X Y – dən sonra yemək alır ;
♦ Z – nin aldığı maaş Y – dən daha azdır.
Mətnə əsasən aşağıdakılardan hansılar doğrudur ?

1. T və Y U – dan əvvəl yemək alırlar;
2. U – dan sonra ən çox maaş alan Y – dir;
3. Bu işçilərdən X axırıncı təqaüdə çıxacaq;
4. Z U – dan daha çox maaş alır;
5. Y və X Z – dən sonra yemək alırlar.

A) 2, 3 B) 2, 4 C) 3, 5 D) 2, 4 E) 1, 5

16 – 17 – ci suallara aşağıdakı mətnə əsasən cavab verin.

Memar bir evi aşağıdakı şərtlər daxilində dekorasiya edəcək :
♦ Divarlar mavi rəngdə boyansa, xalılar yaşıl, ya da sarı olacak ;
♦ Divarlar boz rəngdə boyansa, xalılar qəhvəyi və ya boz olacaq ;
♦ Divarlar yaşıl boyansa, xalılar mütləq boz olacaq ;
♦ Divarlar narıncı rəngdə boyansa, xalılar sarı ya da boz olacaq ;
♦ Divarlar sarı rəngdə boyansa, xalılar boz ya da yaşıl olacaq ;


16. Yerə boz rəngli xalı döşənmişsə divarların hansı rəngdə boyanması mümkün deyil ?
A) mavi B) boz C) yaşıl D) narıncı E) sarı

17. Aşağıdakı rənglərdən hansılarl eyni vaxtda bir otaqda istifadə olunmaz ?

A) mavi – sarı B) yaşıl – sarı C) narıncı – boz D) yaşıl – narıncı E) qəhvəyi – boz

18 – 20 – ci suallara aşağıdakı mətnə əsasən cavab verin.

A, B, C, D, E, F, G adlı 7 dost bir həftə boyunca eyni evdə qalır və növbə ilə hər gün biri yemək bişirir. Onların yemək bişirməsi ilə bağlı aşağıdakılar məlumdur :
♦ C E – dən 3 gün sonra yemək bişirir ;
♦ Birinci gün B, bazar günü G yemək bişirir ;
♦ A D – dən sonra, F – dən əvvəl yemək bişirir.


18. Dostlardan hansı 4 – cü gün yemək bişirmişdir ?

A) E B) D C) F D) A E) C

19. Aşağıdakılardan hansı mütləq doğrudur ?

A) F 5 – ci və 6 – cı günlərdən birində yemək bişirir.
B) D 2 – ci və 4 – cü günlərdən birində yemək bişirir.
C) E 4 – cü gün yemək bişirir.
D) E 5 – ci gün yemək bişirir.
E) C 5 – ci gün yemək bişirir.


20. C 5 – ci gün yemək bişirirsə, E hansı gün yemək bişirir ?

A) IV gün B) II gün C) VI gün D) I gün E) III gün 

10 Haziran 2014 Salı

UĞUR DİPLOMU

                                                                Təbriz Qurbanov

Azərbaycan Respublikası Təhsil Problemləri İnistitu və "Demokratik Gənclər" İctimai Birliyinin
Azərbaycan Respublikasının Ümummilli Lideri cənab Heydər Əliyevin 91 illik Doğum günü münasibəti ilə birgə həyata keçirdikləri "Ən yaxşı blog" müsabiqəsində iştirakına görə diplomla                                                                         təltif olunur.