SƏNƏDLƏR TOPLUSU

TƏLİM-TƏRBİYƏ İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ
  • Tədris prosesini təşkil edərək ona nəzarət edir;
  • Dərs cədvəlini işləyib hazırlayır;
  • Pedaqoji işçilərin dərs rejiminə əməl etmələrinə nəzarət edir, tematik plan və proqramları vaxtaşırı yoxlayır, tarifləşmə cədvəlini və tabeli işləyib hazırlayır;
  • sinif jurnalı, fakultativ məşğələ və dərnək jurnallarının düzgün doldurul-masına nəzarət edir və onların qorunub saxlanmasına cavabdehdir;
  • metodbirləşmə rəhbərlərinin (kafedra müdirlərinin) işlərinə nəzarət edir, onları istiqamətləndirir, kafedraların səmərəli fəaliyyət göstərməsi üçün müvafiq tədbirlər görür;
  • pedaqoji işçilərin uçotu kitabının, buraxılan və əvəz edilən dərslərin uçotu kitabının, orta və tam orta təhsil haqqında sənədlərin uçotu kitablarının, şagirdlərin şəxsi işlərinin və digər aidiyyatı sənədlərin səliqəli və düzgün aparılmasına cavabdehdir;
  • yoxlama yazı işlərinin proqram tələbləri əsasında aparılmasına nəzarət edir;
  • Məktəb direktoru və məktəb şurasının müəyyən etdiyi digər vəzifələri yerinə yetirir.

                                                                    




                                                            VƏTƏN




Vətənpərvərlik mahiyyəti vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də özünün mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürür kimi də hallanır. Burada vətəninin xarakterini və mədəni incilərini qorumaq və özünü bu keyfiyyətlərlə millətin başqa üzvləri ilə tanımaq, vətənin və öz xalqının marağını qorumaq da vətənpərvərlik keyfiyyətlərinə aiddir.
 Vətənpərvərliyin tarixi kökü min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur. Millətin və dövçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümumimilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir.
 Vətənpərvərlik anlayışı müxtəlif mənalarda işlənmişdir. Amerika və Fransa burjuaziya inqilabları zamanı XVIII əsrdə bu, inqilabi ideologiya ilə əlaqələndirilmiş və "millət" anlayışı ilə eyniləşdirilmşdir. Sonralar vətənpərvərlik yeni dövlətlərin, milli və milli-azadlıq hərəkətlərinin yaranması zamanı və müharibələr ərəfəsində daha da aktuallaşmışdır. Tarix boyu vətənpərvərlik mühüm rol oynamışdır. İnsaniyyətin əleyhinə olan dar düşüncəli qrup marağını ifadə edən mütləq vətənpərvərlik şovinizmə daha yaxındır.


 Sən mənə anasan, anamdan əziz,
 Sənə məhəbbətim dənizdir, dəniz.
 Ömrümün bir anı keçməsin sənsiz,
 Ey mənim varlığım, qəlbim, vicdanım,
 Mən sənə qurbanam, Azərbaycanım!

 De, nemət varmıdır səndə olmayan?
 Sərvətdən, qüdrətdən yoğrulub mayan.
 Sönməz bir məşəlsən, Şərqə nur yayan,
 “Qara qızıl”ındır damarda qanım,
 Eşqinlə dolanır, Azərbaycanım!

 Vurulur bir dəfə hüsnünə baxan,
 Göy Göllə, Kəpəzlə bəzənib yaxan.
 Füzuli şerini oxuyanda Xan,
 Dünyaya yayılır sözüm, dastanım,
 Sən də ucalırsan, Azərbaycanım!
 Vətən müqəddəs bir varlıqdır. əgər bu torpagın havasını uduruqsa ,təbiiəti ilə canlanırıqsa, daşını ,suyunu gözəl səfalı meşələrini ,cənətini hiss ediriksə bu bizim vətəndir. Vətənpərvərliyimizi onun qorunmasında, yaşanmasında, daima canlanmasında ,gələcəyimiz naminə övladlarımızın bu tipdə böyüməsinə şalışmalıyıq .
 Vətni qoruyaq !!
 Vətni sevək !!
 Vətənpərvər olaq !! ..

     

               SİNİF RƏHBƏRİNİN HANSI SƏNƏDLƏRİ OLMALIDIR
                                Əsas sənədlər:
1. Sinif rəhbərinin fəaliyyət planı (illik, aylıq və həftəlik)
2. Valideynlərlə görüş dəftəri
3. Sinif pasportu
4. Sinif divar qəzetinin nömrələri
5. Şagirdlərlə fərdi söhbət dəftəri
6. Zəif oxuyan şagirdlərlə işlərin planı və icra sənədləri
7. Sinif rəhbərinin müəllimlərlə əlaqə dəftəri
8. Şagirdlərin öyrənilməsi üçün müşahidə dəftəri
9. Sinif valideyn komitəsinin iş planı
10. Keçirilən tədbirlərin qeyd dəftəri (məruzə və çıxışlar)
11.Valideyn iclaslarının protokolları
12. Şagird yığıncaqlarının protokolları
13. Şagirdlər qarşısında edilən məruzələr
14. Valideynlər qarşısında edilən məruzələr
15. Şəxsi təhsil planı
16. Müvafiq yuxarı orqanların verdiyi qanun və göstərişlərin icra sənədləri
Məlumatlar:
1. Sinif rəhbəri haqqında məlumat
2. Sinfin təlim göstəriciləri haqqında məlumatlar
3. Az təminatlı və yetim uşaqlar haqqında məlumat
4. Abunəçilərin siyahısı
5. Şagirdlərə kitabxanalardan verilmiş kitabların siyahısı (kitabxana ilə əlaqə)
6. Olimpiadalarda, müsabiqələrdə və digər bilik yarışlarında uğur qazanan şagirdlər haqqında məlumat.
7. Müxtəlif sahələrdə xüsusi istedadı olan şagirdlər haqqında məlumat
8. Sinif fəalları haqqında
məlumat



                    MƏKTƏBDƏ PSİXOLOJİ İŞİN TƏŞKİLİ


Sıra
        Görüləcək işlər
İcra vaxtı
1
Məktəb psixoloqonun psixoloji diaqnoztik və orreksiya fəaliyyətinin planlaşdırması
Iyun-avqust
2
Psixoloji testlər vasitəsi ilə I sinifə qəbul dövründə uşaqların idrak fəaliyyətinin öyrənilməsi
Avqust
3
Uşaqların psixi inkişafının qanunauyğunluqlarının öyrənilməsi
Ilboyu
4
Şagirdlərdə dərketmə prosesini inkişaf etdirmək
Ilboyu
5
Şagirdlər üçün müxtəlif yaş dövrlərinə aid inkişaf proqramlarının hazırlanması
Avqust-sentyabr
6
Məktəb şagirdlərinin (Isinifdən başlayaraq) psixoloji pasportlarının yaradılması
Ilboyu
7
Şagirdlərin psixi sağlamlığının profilaktikası üçün psixi profilaktik iş aparmaq
Il boyu
8
Müəllim-şagird münasibətlərinin vəziyyətini öyrənmək məqsədi ilə vaxtaşırı psixoloji sorguların keçirilməsi
Noyabr,dekabr
Mart,may
Il boyu
9
Şagirdlərin emosianal davranışlarının və tədris “pozuntuları”nın zərərsizləşdirilməsi üçün psixoprafilaktik iş aparmaq
Il boyu
10
Psixoloji-pedaqoji konsiliumlar keçirtmək
Il boyu
11
Pedaqoji heyətin işə peşəkar münasibətində yarana biləcək çətinlikləri aşkar etmək,onları aradan qaldırmaq məqsədi ilə müəllimlər üçün vaxtaşırı psixoloji test-sorğuların keçirilməsi
Il boyu








Hiç yorum yok:

Yorum Gönder