16 Eylül 2014 Salı

                                          Qarabağımız
QarabağımızQarabağ nəinki Azərbaycanın, hətta bütün dünyanın qədim diyarlarından biridir. Bu ərazidə ən qədim dövrlərə aid insan məskənləri aşkar olunmuşdur. 1968-ci ildə Azıx mağarasında Azıx adamının çənə sümüyü tapılmışdır. Çox güman ki, Azıx adamları burada 250-300 min il bundan əvvəl yaşamışlar.
Bütün tarix boyu Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olmuşdur. Ərəb xilafətinin işğalı və Alban dövlətinin süqutu ilə VII-IX əsrlərdə Qarabağın tarixində böyük dəyişikliklər baş verdi. Ərəb işğalı nəticəsində Albaniyanın xristian əhalisinin əksəriyyəti İslamı qəbul etdi, qalanları, xüsusilə, Albaniyanın Qarabağ yüksəkliklərində yaşayan əhali isə IV əsrdə Albaniyanın dövlət dini elan olunmuş xristianlıqdan imtina etmədi. XIX əsrin əvvəllərində Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonra ermənilərin təzyiqi və israrlı müraciətləri nəticəsində Rus çarının Alban Katolikosluğunu ləğv etməsi Qarabağın alban əhalisinin gürcüləşdirmə və erməniləşdirmə prosesinin başlanğıcını qoydu. Qarabağ da, ərəblərin işğalından sonra Azərbaycanda bir-birini əvəz etmiş Sacilər, Salarilər, Şəddadilər, Atabəylər, Hülakilər (Elxanilər), Qaraqoyunlu, Ağqoyunlu kimi müxtəlif müsəlman dövlətlərinin tərkibində olmuşdur.
Azərbaycanda Səfəvilər dövlətinin (1501) yaranması bütün Azərbaycan torpaqlarının birləşdirilməsinin əsasını qoydu. Səfəvilər tərəfindən yaradılmış dörd əyalətdən birinin adı Qarabağ və ya Gəncə idi. Səfəvilər dövlətinin süqutundan və Nadir şahın ölümündən sonra Azərbaycanda yeni müstəqil və yarı-müstəqil dövlətlər, xanlıqlar və sultanlıqlar yarandı. Onlardan biri Qarabağ xanlığı idi. Qarabağ xanlığı Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olan Pənahəli bəy Cavanşir tərəfindən yaradılmışdır. Onun oğlu İbrahim xanın dövründə Qarabağ xanlığı daha da gücləndi. 1805-ci ildə İbrahim xan Kürəkçayda Rusiya silahlı qüvvələrinin komandiri, general Sisiyanov ilə müqavilə imzaladı. Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı müsəlman - Azərbaycan torpağı kimi Rusiyaya birləşdirildi. Kürəkçay müqaviləsi dağlıq bölgə də daxil olmaqla Qarabağın tarixi Azərbaycan torpağı olduğunu sübut edən ən mühüm sənədlərdən biridir. Şimali Azərbaycanın işğalından sonra çarizm bu torpaqlarda mövqelərini möhkəmləndirmək məqsədi ilə erməniləşdirmə siyasəti yeritməyə başladı. 1828-ci il Türkmənçay müqaviləsi və 1829-cu il Ədirnə müqaviləsinə əsasən İrandan və Türkiyədən köçürülmüş ermənilər, Qarabağ da daxil olmaqla, Şimali Azərbaycanda məskunlaşdırıldılar.
1918-ci il mayın 28-də təxminən 100 il Rusiyanın əsarəti altında olmuş Azərbaycan xalqı Şimali Azərbaycanda yeni müstəqil dövlətini yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti Qarabağ üzərində də siyasi hakimiyyəti saxladı. Həmin dövrdə yeni yaradılmış Ermənistan Respublikası (Ararat) da Qarabağa qarşı əsassız ərazi iddiaları ilə çıxış etdi. Ermənilər Qarabağı ələ keçirmək məqsədi ilə əvvəllər də həyata keçirdikləri soyqırımı aktlarını törətməkdə davam edirdilər. Azərbaycan hökuməti 1919-cu ilin yanvarında Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını birləşdirərək Baş Qarabağ əyaləti yaratdı.
1920-ci il aprelin 28-də bolşeviklər tərəfindən işğal olunmuş Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir neçə il sonra, 1920-1923-cü illərdə həyata keçirilmiş qərəzli və məqsədyönlü tədbirlər nəticəsində keçmiş Qarabağ xanlığı parçalandı. Azərbaycan Dağlıq Qarabağa muxtar vilayət statusu verməyə vadar edildi.
1988-ci ilin fevral hadisələrindən sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı-terrorçu qruplaşmaları və Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın ələ keçirilməsi uğrunda hərbi əməliyyatlara başladı. SSRİ Silahlı Qüvvələrinin Ermənistanda və Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən hissələri də onlara qoşuldu. SSRİ-nin dağılmasından sonra 1917-ci ilin fevralında çar hökumətinin süqutu nəticəsində yaranan tarixi şəraitə bənzər vəziyyət təkrar olundu. Sovet ordusu sıralarında qulluq edən erməni zabitləri və keçmiş sovet hərbi hissələri azərbaycanlılara qarşı birləşdilər və vahid cəbhədən hərbi əməliyyata başladılar. (Azərbaycan xalqına qarşı 1918-ci ilin martında törədilən soyqırımında olduğu kimi!). Əvvəlcə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan məskənlərinin işğalına başlandı.
1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndləri işğal olundu, dinc və silahsız əhaliyə divan tutuldu, Xocalı və Şuşanın mühasirə məngənəsi daraldı. Tələm-tələsik formalaşdırılmış könüllülərdən ibarət Azərbaycan dəstələrinin Daşaltı əməliyyatı uğursuz oldu. Erməni və sovet hərbi birləşmələri fevralın ortalarında Qaradağlı kəndini ələ keçirdilər.
1992-ci il fevralın 26-na keçən gecə Azərbaycanın müasir tarixində ən faciəli hadisə baş verdi. Erməni hərbi birləşmələri Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdi. Bu, İkinci Dünya müharibəsində faşizmin törətdiyi dəhşətli qırğınlardan sonra müasir dövrdə bəşəriyyətə qarşı törədilən ən kütləvi və ən dəhşətli soyqırımıdır.
Ermənistan hərbi qüvvələrinin erməni separatçı-terrorçuları ilə birlikdə Azərbaycanın ərazi bütövlüyünə və onun xalqına qarşı apardığı bu müharibədə keçmiş Azərbaycan rəhbərliyinin öz xalqının deyil, Moskvanın mövqeyini müdafiə etməsi onu nüfuzdan saldı. Xalq hərəkatının daha da gücləndiyi şəraitdə, 1992-ci ilin martında respublikaya rəhbərlik edən Ayaz Mütəllibov istefa verdi. Yaranmış hakimiyyət boşluğu Azərbaycan Respublikasının müdafiə qabiliyyətini daha da zəiflətdi.
1992-ci ilin mayında erməni hərbi birləşmələri Şuşanı ələ keçirdilər. Bununla da ermənilər Dağlıq Qarabağın, demək olar, bütün ərazisini işğal etdilər. Növbəti addım Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın rayonunun işğalı oldu. Bakıda hakimiyyət uğrunda çəkişmələrin kəskinləşməsindən istifadə edən ermənilər Laçını da tutdular. Daha sonra, 1993-cü ilin aprelində Kəlbəcər, elə həmin ilin iyul-oktyabr aylarında Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları işğal olundu.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını, onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu təsdiq etdi. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini tərk etməsi haqqında 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul etdi. Lakin erməni işğalçıları bu qətnamələri hələ də yerinə yetirmirlər.
1994-cü ildə Bişkekdə atəşkəs sazişi imzalandı.
Azərbaycanın işğal olunmuş əraziləri:
Dağlıq Qarabağ
Ərazisi - 4388 kv. km.
Əhalisi (1989) - 189.085
Ermənilər - 145.450 (76,9%)
Azərbaycanlılar - 40.688 (21,5%)
digər millətlər - 2.947(1,6%)

Dağlıq Qarabağın Şuşa rayonu
Ərazisi - 381 kv.km
Əhalisi - 20.579
Azərbaycanlılar - 19.036 (92,5%)
Ermənilər - 1.377 (6,7%)
İşğal olunmuşdur - 8 may 1992-ci il

Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş rayonlar:
Laçın rayonu – 18 may 1992-ci il
Kəlbəcər rayonu - 2 aprel 1993-cü il
Ağdam rayonu - 23 iyul 1993-cü il
Füzuli rayonu - 23 avqust 1993-cü il
Cəbrayıl rayonu - 26 avqust 1993-cü il
Qubadlı rayonu - 31 avqust 1993-cü il
Zəngilan rayonu - 28 oktyabr 1993-cü il

Təcavüzün qurbanları:
Həlak olmuşdur - 20.000
Əlil olmuşdur - 50.000

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində dağıdılmışdır:
Yaşayış məntəqələri - 890
Evlər - 150.000
İctimai binalar - 7.000
Məktəblər - 693
Uşaq bağçaları - 855
Tibb müəssisələri - 695
Kitabxanalar - 927
Kilsələr - 44
Məscidlər - 9
Tarixi saraylar - 9
Tarixi abidələr və muzeylər - 464
Muzey eksponatları - 40.000
Sənaye və kənd təsərrüfatı müəssisələri - 6.000
Avtomobil yolları - 800
Körpülər - 160
Su kommunikasiyaları - 2.300 km
Qaz kommunikasiyaları - 2.000 km
Elektrik xətləri - 15.000 km
Meşələr - 280.000 ha
Kənd təsərrüfatı üçün yararlı torpaqlar - 1.000.000 ha
İrriqasiya sistemləri - 1.200 km

Bütün dağıntılar 60 milyarddan çox ABŞ dolları məbləğində qiymətləndirilir.
                                             İlham Əliyev
İlham Heydər oğlu Əliyevİlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur.

1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxumuşdur.
1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olmuşdur.
MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olmuşdur.
1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi almışdır.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləmişdir.
1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışmışdır və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olmuşdur. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak etmişdir.
Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.
İki dəfə, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə seçilmişdir.2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir.
1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir.
1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur.
2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmişdir.
2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir.
2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır.
2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir.

2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 % səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. O, 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlamışdır.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.
Evlidir. Üç övladı, iki nəvəsi var.
Prezident Əliyevin təltif olunduğu orden, mükafat və fəxri adlar aşağıdakıları əhatə edir: Heydər Əliyev ordeni (Azərbaycan Respublikası), Beynəlxalq münasibətlər və sülh naminə İhsan Doğramacı mükafatı (Türkiyə), Rumıniya Ulduzu Ordeni (Rumıniya), Kral Əbdüləziz Ordeni (Səudiyyə Ərəbistanı Krallığı), Şərəf Ordeni (Gürcüstan), “Şərəf Legionunun Böyük Xaçı” Ordeni (Fransa), Şeyxülislam Ordeni (Azərbaycan Respublikası), Rusiya Pravoslav Kilsəsinin “Prepodobnıy Serqiy Radonejskiy” birinci dərəcəli Ordeni, “Böyük Kordon” Şərəf Ordeni (Beynəlxalq Hərbi-İdman Şurası), MDB ölkələrin İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının “Şərəf Ordeni”, FİLA-nın Şərəf Zalının ən yüksək “İdman Əfsanəsi” ordeni, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (Polşa), I dərəcəli Knyaz Yaroslav Mudrı ordeni (Ukrayna), "Mübarək əl-Kəbir" ordeni (Küveyt Dövləti), Yunanıstan parlamentinin Qızıl medalı (Yunanıstan), Avropa Ədalətli Oyunlar Hərəkatının "Şərəf" nişanı;

Linkoln Universitetinin Fəxri Doktoru (ABŞ), Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin Fəxri Doktoru, L.N.Qumilyov – Avrasiya Milli Universitetin Professoru (Qazaxıstan), Bilkənt Universitetinin Fəxri Doktoru (Türkiyə), Vergilər üzrə Milli Akademiyanın Fəxri Doktoru (Ukrayna), Ploesti Neft və Qaz Universitetinin Fəxri Doktoru (Rumıniya), Milli və Dünya İqtisadiyyatı Universitetinin Fəxri Professoru (Bolqarıstan), Kyung Hee Universitetinin Fəxri Doktoru (Cənubi Koreya), İordaniya Universitetinin Fəxri Doktoru (İordaniya), Korvinus Universitetinin ictimai elmlər üzrə Fəxri doktoru (Macarıstan), M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru (Rusiya Federasiyası), Taras Şevçenko adına Kiyev Milli Universitetinin Fəxri doktoru (Ukrayna), Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin Fəxri professoru (Türkmənistan Respublikası).
                                      Dövlətimizin rəmzləri
Dövlət bayrağı
Dövlət bayrağıAzərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Azərbaycan Respublikasının Dövlət bayrağı eni bərabər olan üç rəngli, üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir:
üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündəki qırmızı zolağın üzərində ağ rəngli aypara və səkkiz guşəli ulduz təsviri vardır. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Bayrağımızda olan mavi rəng türkçülüyün, qırmızı rəng müasirlik və demokratiyanın, yaşıl rəng isə islamın simvoludur. Aypara və səkkiz guşəli ulduz isə xoşbəxtlik və səadət rəmzidir. Bütün bunlar konkret olaraq "Türk soylu, islam imanlı Azərbaycan çağdaş - müasir dünya ilə ayaqlaşsa, öz səadət və xoşbəxtliyini tapar" anlamını verir.
Dövlət gerbi
Dövlət gerbiAzərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqillik rəmzi olub Milli Məclisin 1993-cü il 19 yanvar tarixli 460 nömrəli qərarı ilə təsdiq edilib. Azərbaycan Respublikasının gerbi haqqındakı Əsasnamədə Dövlət gerbimiz belə təsvir olunur: "Azərbaycan Respublikasının Dövlət gerbi palıd yarpaqlarından, sünbüllərdən ibarət qövsün üzərində yerləşən Şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkiz guşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxan və ulduzun sığınaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılı rəngdədir". Burada qalxan - birlik, müdafiə, müqavimət; ulduz - Vətənimizin cənnət məskəni olmasının; alov - odlar yurdunun; palıd yarpaqları – uzun ömürlüyün və möhkəmliyin; sünbül isə bərəkətin, bolluğun rəmzidir. Gerbdə də bayraqdakı ideyalar - dünya xalqlarına əmin-amanlıq, firavanlıq, xoşbəxtlik və səadət arzulayır. Simvollar "müharibə istəmirik, lakin hər cür hücumdan da müdafiə olunmağa hazırıq" - fikrini verir.
Dövlət himni
Azərbaycan Respublikasının Dövlət himni Azərbaycan Dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir. Musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın olan "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət himni kimi Milli Məclisin 27 may 1992-ci il tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Dövlətimizin rəmzlərinə hörmət etmək hər birimizin ən ümdə və müqəddəs vəzifələrindən biridir.
Müəllim andı
5.1. And Azərbaycan Respublikası ilə müəlim arasında açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq edir.
5.2. Müəlim ilk dəfə daimi işə qəbul olunarkən belə bir and içir: “AzərbaycanRespublikası Konstiusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilnin ənənələrinə sadiq qalacağıma, keyfiyətli təhsil  xidməti göstərəcəyimə, peşəkar fəaliyət zamanı qeyri-etik davranışın hər hansı birformasına yol verməyəcəyimə, həmkarlarım, təhsilalanlar, valideynlər və
digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma,müəlim adını və şərəfini uca tutacağıma and içirəm.”
5.3. Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstiusiyasına əl basmaqla həyatakeçirlir.
5.4. Andiçmə bir dəfə olur. Andın imzalanmış mətni müəlimin şəxsi işində

saxlanılr.