Bilik yarışı üçün test tapşırıqları
Variant C
Şagirdin adı və soyadı:
Fənn: Azərbaycan
tarixi
Sinif: V
Tarix:
1.
Hacı Çələbi xan hansı siyasəti yürüdürdü.
a) Azərbaycanın
parçalanması
b)
Torpaqları birləçdirmək
c) İran
dövlətinə qarşı
d)
Rusiya tabeliyinə keçmək
2. Azıx
mağarası harada yerləşir?
a)
Fizuli b) Qobustan c) Naxçıvan d) Qazax
3.
Ağqoyunlu dövlətinin yaradıcısı kim idi?
a) Şəmsəddin Eldəniz
b) Sara Xatun
c) Rəşidəddin
d) Uzun Həsən
4. Rəşidiyyə
mədrəsi neçənci yüzillikdə yaradılmışdır.?
a)10 b) 12 c) 14 d) 20
5. Milli
mətbuatımızın əsəasını hansı mətbuat orqanı qoymuşdur:
a)
“Kaspi” b)
“Əkinçi” c) “Hümmət” d) “Fiyuzat”
6.
Marağa rəsadxanası neçənci illlərdə tikilmişdir?
a)
1246-1263
b)
1257-1275
c) 1259-1271
d)
1268-1273
7.Atropatenanın
paytaxt şəhəri hansıdır?
a)
Qazaka b) İzurtu c) Qəbələ d) Bərdə
Düz cavab: Qiymət:
Səhv cavab: Müəllimin imzası:
Bilik yarışı üçün test
tapşırıqları
Variant A
Şagirdin adı və soyadı:
Fənn: Azərbaycan
tarixi
Sinif: V
Tarix: ___
1. Gülüstani
–irəm əsərinin müəllifi kimdir?
a) Mirzə
Kazım bəy
b) Abbasqulu
ağa Bakixanov
c) Həsən
bəy Zərdabi
d) Mirzə
Fətəli Axundzadə
2. 1908
–ci ildə Təbriz üsyanına kim başçılıq etmişdir?
a) Səttərxan b) Babək c) Seyid Cəfər Xiyabani d) Musa Xiyabani
3.Mirzə
Kazim bəy “ərəb dilinin qramatikasına dair təcrübələr” adlı kitabını neçə
yaşında olarkən yazmışdır?
a)
17 b) 28 c) 43 d) 45
4. Təxminən
139-cu il bundan əvvəl hadisə baş vermişdi?
a) Milli
dramaturgiya yarandı
b) Milli
mətbuat yarandı
c) İlk
Kütləvi kitabxananın açılması
d) Milli
teatrın meydana gəlməsi
5.İlk Azərbaycan
xanlığı hansıdir7
a)
Bakı b) Gəncə c) Ərdəbil d) Şəki
6.Türk
dünyasının, bütün şərqin ilk xeyriyyəçisi.
a) Cəlil
Məmmədquluzadə
b) Hacı Zeynalabdin Tağıyev
c) Mirzə
Ələkbər Sabir
d) Həsən
bəy Zərdabi
7. Gəncə
xanı kim idi?
a) Hacı
Çələbi xan
b) Həsən
xan
c) Pənahəli
xan
d) Cavad
xan
Düz cavab: Qiymət:
Səhv cavab:
Müəllimin
imzası:
Bilik yarışı üçün test
tapşırıqları
Variant B
Şagirdin adı və soyadı:
Fənn: Azərbaycan
tarixi
Sinif: V
Tarix: ___
1.Azərbaycanın
ən qədim dövləti hansıdır?
a)
Midiya b) Manna c) Albaniya d) Atropatena
2.Mannanın
hökmdarı kimdir?
a)
Tomris b) Cavanşir
c)Atropat d) İranzu
3.Bərdə
hansı dövlətin paytaxtı olmuşdur?
a)
Albaniya b) Atabəylər c) Şirvanşahlar d) Atropatena
4.İlk əmək
alətləri nədən hazırlanmışdır?
a) Dəmir
b) Mis
c)Daş
d) Tunc
5. Mirzə
Kazım bəy hansı elm sahəsinin əsasını qoymuşdur?
a)
İlahiyət
b)
Etmoqrafiya
c) Şərqşünaslıq
d) Heç
bir elm sahəsinin əsasını qoymamışdır?
6. Şah
İsmayıl Xətai harada dəfn olunmuşdur?
a)
Şirvanşahlar sarayında
b) Bərdə
türbəsində
c) Şeyx
Səfi məqbərəsində
d) Dərbənd
qalasında
7. Xürrəmilər
hərəkatının başçısı kimdir?
a)
Afşin b) Babək
c)
Cavanşir d) Tomris
Düz cavab:
Qiymət:
Səhv cavab: Müəllimin
imzası:
Qarabağ düşmən
tapdağında qalmayacaq!
Qarabağ! Bu ad necə də gözəl
səslənir, necə də musiqili və ahəngdardır. Elə bil “Cəngi” də, “Koroğlunun
uvertürası” da Qarabağ notu əsasında bəstələnib.
Qarabağ – sevimli Üzeyirimizin
qədəm açıb yeridiyi torpaq, yurdumzun dilbər guşəsidir.
Şuşa – qəsbkar şahların başını
bədənindən ayıran, onlarca fatehi atından düşürən tarixi şəhər, gözəl məkandır.
Topxana – Şahdağımız,
Qoşqarımız, göylərə baş çəkən Göyəzənimiz, Vaqif yadigarı olan cənnət
diyarımızdır. Hələ Kəlbəcər, Turşsu, İsa bulağı…
Çox-çox təəssüflər olsun ki,
qoruya bilmədik Azərbaycanımızın bu dilbər guşəsini, gözəl məkanını. İstəməsək
də, verdik yağı ayağının tapdağına. Özümüz göynəyə-göynəyə qaldıq, yuxumuz ərşə
çəkildi.
Azərbaycan dünyanın cənnət
diyarı, şah əsəridir. Bu şahın tacı isə Qarabağdır. Tacı isə başda gəzdirərlər.
İndi bu tacın yeri başımız yox, ürəyimizdir, qəlbimizdir.
Vətənimizin dilbər guşəsi, bir
zamanlar dillər əzbəri olan Qarabağ torpağı indi düşmən tapdağı altındadır.
Odu-ocağı yağmalanmış, torpağı talanmış bu elin həsrəti hamımızın, xüsusən də
öz elindən didərgin düşmüş qaçqınlarımızın qəlbini göynədir. Vaxtilə musiqi
festivaları keçirilən, çal-çağırdan qulaq tutulan, indi isə gülü-çiçəyi qan
ağlayan Cıdır düzünün də gözü nəmli, sinəsi dağlıdır. Azərbaycanın üzük qaşı,
konservatoriyanın beşiyi sayılan Şuşa indi haraydadır:
Sinəmə dağ oldu – gülüzlü Şuşa,
Şuşasız bu dünya laləzar deyil,
Şuşasız bu ölkə yoxdur – var
deyil.
Bu gün biz “Qarabağ bizimdir!”
deyib özümüzə təsəlli versək də, əslində bilirik ki, Qarabağ bizim
yox, düşməmlərin əlindədir və onu qaytarmaq üçün sülh danışıqlarından daha çox,
vətənpərvərlik hissi, mübarizə əzmi, qələbə ruhu lazımdır. Ana vətən, sinəsi dağlı
Qarabağ bizi intiqama çağırır. Qarabağımız dardadır, bizi səsləyir, bizi
gözləyir, bizdən kömək diləyir. Bu torpaq yad əlləri, yad nəfəsləri, yad
dilləri qəbul edə bilmir. Bu torpaq indi doğma dildən çıxan bircə “Vətən”
kəlməsinə həsrətdir. Bizdə bu ulu torpağın həsrətindəyik. Biz bu torpağı düşmən
tapdağı altında qoya bilmərik.
Bizim hər birimizin ən böyük
arzusu qələbədir, işğal olunmuş torpaqlarımızın, doğma Qarabağımızın geri
qaytarılması, azad olunmasıdır. Mən inanıram ki, qeyrətinə arxalandığımız,
ümidmizi bağladığımız igid oğullarımız bizi bu bəladan xilas edəcəkdir. Mən
inanıram ki, həmin şad günü həsrətlə gözləyən, qələbə sevincini yaşamaq
istəyən arzularımız gerçəkləşəcək, Qarabağ həsrətimizə son
qoyulacaqdır.
Keçmə şerindən, muiqisindən,
Könlümün sevgisi bu oylaqdadır.
Sevinməyə haqqım yoxdur dünyada
Çünki Qarabağım dar ayaqdadır.
'''
QƏHRAMANLAR OLMÜRLƏR
Vətən… Bu kəlmə nə qədər də mənalı və
dərindir. Deyilişi şirin olduğu kimi, məzmunu, qayəsi də yüksək və
hikmətlidir.
Biz ana dedikdə vətəni, vətən dedikdə anamızı
düşünürük. Çünki vətən də bizə anamız qədər doğma, anamız qədər əzizdir. Ana
müqəddəsliyi vətən müqəddəsliyi, vətən ucalığıdır.
Laylasında anam mənə
Belə demiş dönə-dönə,
Bir anan mən, biri vətən
Yadda saxla bunları sən.
Mənim vətənim Azərbaycandır. Mən bu gözəl
yurdu bütün qəlbimlə sevirəm, bütün varlığımla bu füsunkar diyara bağlıyam.
Mənim Vətənim gözəlliklər məskəni, gözəlliklər diyarıdır. Mən Vətənimin laləli
çöllərini, zirvəsi ağ örpəkli, ətəyi yaşıl meşəli dağlarını, coşqun çaylarını,
firuzə qaşlı üzüyə bənzər göllərini, şır-şır axan bulaqlarını candan artıq
sevirəm. Yaşıl ormanlar, mavi səma, ağ çalmalı dağlar, dərələrdən axan şəffaf
çaylar yurdumun füsunkarlığını birə-min artırır. Təbiətin əfsanəvi gözəli Göy
göl kim
vurulmaz?!
Azərbaycanımın, Odlar diyarımın gözəllikləri
haqqında şairlərimiz, yazıçılarımız çoxlu əsərlər yazmış, bəstəkarlarımız
musiqi bəstələmiş, yazıçılarımız bu gözəllikləri öz əsərlərində dolğun əks
etdirmişlər.
Vətəni sevmək nə deməkdir?
Vətəni sevmək Vətən fədaisi olmaq deməkdir.
Vətəni sevmək ona səcdəgah kimi baxmaq, torpağa, öz xalqına qəlbən bağlı olmaq
deməkdir. Vətəni sevmək Vətəni qorumaq, onun hər qarışını sevmək, Vətən naminə
canını qurban verməyə hazır olmaq deməkdir. Vətəni sevmək, ona bağlanmaq hər
bir şəxsin vətəndaşlıq borcudur.
Azərbaycan xalqının igid oğullarından
Cavanşirin, Babəkin, Koroğlunun yadelli işğalçılara qarşı mübarizəsi Vətənə
məhəbbətin, yurd sevgisinin bariz
nümunələridir.
Son dövrlərin zorla cəlb edildiyimiz Qarabağ
savaşı göstərdi ki, Azərbaycanda indi də canını Vətən yolunda qurban verməyə,
onun uğrunda ölümə getməyə hazır olan igid oğul və qızlarımız çoxdur. Bu mərd
və mübariz Vətən övladları öz doğma torpaqları uğrunda canlarını fəda etmiş və
gələcək nəsillərin də vətəni dərin və atəşin məhəbbətlə sevməsinə nümunə ola
biləcək şərəfli bir iz
qoymuşlar.
Vətəni sevmək torpağı sevməkdir. Vətənə
məhəbbət xalqa
məhəbbətdir.
XVIII əsrin görkəmli şairi M. P. Vaqif doğma
vətənini hədsiz bir məhəbbətlə sevir, onu azad və şən, xalqını isə firavan və
xoşbəxt görmək istəyir. Qaniçən və qəsbkar Qacar isə bu yerlərə hücum edir,
yandırır, viran qoyurdu. Xalqa qənim kəsilmiş, yeganə ümidi öz qanlı
qılıncı olan bu vəhşi fatehin ən böyük faciəsi vətən məhəbbətindən məhrum
olması idi. Bunu onun özü də etiraf edirdi:
Vətən! Çoxmu sevir məni o vətən?
Mənə həcv yazır hər yoldan ötən…
Çox da tərifləmə mənə vətəni,
Bu qılınc olmasa yeyərlər məni!
Vətəni sevmək, göz bəbəyi kimi qorumaq, onun
torpağının, daşının qədrini bilmək, sözün əsl mənasında həmişə mübariz və mərd
vətən övladlarının, cəsur və namuslu insanlarının ən nəcib və müqəddəs
vəzifəsidir.Vətən müqəddəsliyi öz millətini, yurdunu, elini, obasını sevən hər
bir insan üçün əsas amal, ümdə arzudur. Azad olmayan vətəndə azad vətəndaş ola
bilməz. Tərəqqinin əsası azadlıqdırsa, bu azadlığın da əsas obyekti vətən
torpağı, doğma el-obadır. Lakin azadlıq nə verilmir, nə də satılmır. Onu hər
bir xalq, hər bir millət öz qanı bahasına, igid oğul və qızlarının canı
bahasına əldə edir.
Vətənimiz Azərbaycan da qəhrəmanlar diyarı,
cəsurlar məskənidir. Bu torpağın Babək, Cavanşir, Koroğlu, Qaçaq Nəbi kimi
qəhrəmanları, Mehdi Hüseynzadə, Gəray Əsədov, Qafur Məmmədov, Həzi Aslanov kimi
igid oğulları vardır. Bu igid cəngavərlər vətənin azadlığı, zəhmətkeş xalqın
rifahı naminə mübarizə aparmış, öz canlarını bu yolda qurban verməkdən
çəkinməmişlər.
Tarixdən silinməz böyük adın var,
Min bir gözəlliyin, xoş muradın var,
Cəsur igidlərin, qol-qanadın var,
Qəhrəmanlar yurdu şən Azərbaycan!
Son dövrlərin Qarabağ savaşı göstərdi ki,
Azərbaycanın igid və cəsur oğulları, qeyrətli və ismətli qızları yenə də
yetərincədir. Həm göz dağımız, həm də fəxarət yerimiz olan Şəhidlər Xiyabanı
belə Vətən övladlarını öz ağuşuna almış, ölməzliyə qovuşdurmuş, şəhid ucalığına
qaldırmışdır. Mən bu yazımda vətən uğrunda vuruşan, Vətən uğrunda ölən bir
qəhrəman haqqında söz açmaq
istəyirəm.
Şükürov Şahlar Əvəz oğlu Kəlbəcər rayonunda
anadan olmuş, orta məktəbdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu,
sonrakı illərdə isə SSRİ DİN Akademiyasını bitirmişdir. 1970-ci illərdə ordu
sıralarında hərbi xidmətdə olmuşdur. Bakı şəhərində, Azərbaycanın bir sıra
rayonlarında milis orqanlarında çalışmışdır. 1987-ci ildən Zərdab rayonu Daxili
İşlər Şöbəsinə rəis müavini vəzifəsində işləyirdi, milis mayoru vəzifəsi vardı.
Qarabağ savaşı başqa vətən övladları kimi
Şahları da düşmənlə üz-üzə qoydu. Vətəni qorumaq lazım idi, o isə vətəni
özündən də çox sevirdi.
Şahların başçılıq etdiyi milis dəstəsinə ən
məsuliyyətli tapşırıqlar verilir, dəstə ən çətin işlərin öhdəsindən ləyaqətlə
gəlirdi. Şahlar həmişə öndə gedir, sinəsini öz dəstə yoldaşları üçün sipər
edir, onlara nümunə göstərirdi. Mayor cəsarət və mərdliyi ilə ad qazanmışdı,
ermənilərin qənimi sayılırdı. Döyüşlərin ən təhlükəli meydanlarında görünür,
düşmənə od yağdırırdı. Döyüşlərdən birində amansız bir güllə hərarətli qəlbin
döyüntülərinə son qoydu, vətəni canından artıq sevən Şahlar doğma torpağının
şəhidinə çevrildi.
Azərbaycan Respublikası suverenliyinin və
ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin
edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Azərbaycan Respublikası
Prezidentinin 1992-ci il 8 oktyabr tarixli fərmanı ilə milis mayoru Şahlar Əvəz
oğlu Şükürov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq
görülmüşdür.
Vətən uğrunda canından keçən qəhrəmanlar heç
vaxt unudulmur. Qədirbilən xalqımız belə qəhrəmanları həmişə qəlbində yaşadır,
əbədi bir xatirə kimi yad edir. Ana Vətənin, doğma diyarın, müqəddəs torpağın
şərəfi, qeyrəti, namusu yolunda canını fəda edənlərə əbədi eşq olsun!
İnsan üçün həyatda ən gözəl və ən doğma şəxs
onu dünyaya gətirən anadır. Ana müqəddəsdir və məhz müqəddəsliyinə görə Vətəni
də anamız kimi sevir, ona “Ana Vətən!” deyirik. Vətən bizim varlığımız,
fəxrimiz, qürurumuzdur. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda
canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar
heç vaxt unudulmur, öz ölümləri ilə ölümsüzlüyə qovuşurlar.
Azərbaycan qəhrəmanlar yurdu, igidlər
məskənidir. Neçə-neçə ərənlər yetişdirib bu müqəddəs torpaq, ulu diyar! Bu
torpaq Babəklərin, Cavanşirlərin, Koroğluların vətənidir. Belə qəhrəmanlar
həmişə yaşamışdır və daim yaşayacaqdır. Son dövrlərin narahat dünyası, zorla
cəlb etdiyimiz Qarabağ savaşı bir daha göstərdi ki, Azərbaycan igidlər diyarı,
qəhrəmanlar ölkəsidir. Bu torpaq halal torpaqdır. Kimlərinsə əlindən alınmayıb,
kimlərdənsə zəbt olunmayıb. Halal bir torpağın övladları qəhrəman olmaya
bilməz. Bu torpağın övladını torpaq özü götürməz.
Azərbaycan! Mənim doğma vətənim! Sən mənə nə
qədər əziz, nə qədər munissən. Mən səni öz canımdan da artıq sevirəm.
Vətənə “Ana” deyirik. Bu kəlməyə hər kəs təkcə
dilinin deyil, qəlbinin, hissiyyatının, idrakının, bir sözlə, varlığının bütün
şirinliyini qatır. Həyatda kimsə həyat yoldaşından ayrılıb başqası ilə evlənə
bilər, kimsə özünə yeni dost, yeni həmdəm tapa bilər. Ana isə hamı üçün təkdir,
yeganədir və təkliyinə, yeganəliyinə görə müqəddəsdir, ülvidir, Allahın Özü
kimi birdir, təkcədir. Ananı seçmirlər, onu dəyişmək də olmaz. Ana ülvidir,
safdır, doğmaların doğmasıdır. “Ana” dediyimiz Vətən də belədir. Onu da nə
dəyişmək olar, nə də yenisini axtarmaq… Onu ancaq qorumaq, yolunda sipər olmaq
gərəkdir. Çünki qorunmayan torpaqdan vətən olmaz.
“Dədə Qorqud” filmində maraqlı bir epizod var.
El ağsaqqalı, əli qopuzlu xalq ozanı Dədə Qorqud gəncliyə belə bir nəsihət
verir: “Torpağı həm əkib-becərmək, həm də qorumaq lazımdır. Əgər torpağı
əkib-becərməsən, onu qorumağına dəyməz. Əgər qorumasan, onda da əkib
becərməyinə dəyməz”. Doğrudan da, çox dəyərli sözlərdir. Biz vətənin övladları,
vətən oğluyuq. Vətən bizə oğul deyirsə, biz də bir oğul kimi onun qədrini
bilməli, onun azadlığı və suverenliyi uğrunda canımızdan belə keçməyi
bacarmalıyıq.
Azərbaycan! Ana torpaq!
Mən pərvanə, sən bir çıraq,
Varlığına varaq-varaq
Qurban olum, qurban olum.
Hazırda vətənimiz Azərbaycan öz ağır günlərini
yaşayır. Ana vətənimizin qəlbində Qarabağ dərdi, Qarabağ nisgili ən ağrılı
yerimizdir. Qarabağ kimi dilbər guşə düşmən tapdağı altında olduğu bir halda,
biz heç vaxt özümüzü bəxtəvər hesab edə bilmərik. Buna bizim mənəvi haqqımız da
yoxdur. Ya şəhid olmalı, ya da qəlb göynərtimiz olan Qarabağ torpağını
qaytarmalı, Cıdır düzünə, İsa bulağına, İstisuya, Turşsuya qovuşmalıyıq.
Əlbəttə, ən böyük arzumuz odur ki, Ulu Tanrı
ölümlə üz-üzə duran yurddaşlarımızı heç vaxt dünya işığına, həyatın şirinliyinə
həsrət qoymasın, onları dünyanın ən qiymətli əşrəfi kimi hifz edib saxlasın.
Lakin nə edəsən ki, müharibə müharibədir və o, itkisiz, qansız-qadasız olmur.
Əgər Vətənimin – doğma Azərbaycanımın istiqlalının ən kiçik səhifəsi mənim
qanımla yazıla bilərsə, mən bütün cismimi ulu yurduma qurban verməyə hazıram və
inanıram ki, qeyrətli övladları olan ölkəm qalib gələcək və xoşbəxtlik
sevincini yaşayacaqdır.
Kişi
kişidirsə,
qorxmaz
ölümdən,
Bu yoldakı
çətinlikdən,
zülmdən.
Əgər Qarabağım
getsə
əlimdən,
Bağışlarmı məni
xalqım,
vətənim?
Hiç yorum yok:
Yorum Gönder