Dilçilik elminin beynəlmiləl adı linqivistika adlanır (lingua-dil). Dilçilik dilin qanunauyğunluqlarını, inkişaf tarixini öyrənən elmdir. Bu elmin müxtəlif bölmələri vardır:fonetika, leksikologiya, dialektologiya, üslubiyyat və s. Dilçilik elminin ən böyük və geniş bölməsi qrammatikadır. Qrammatika özü də iki hissədən ibarətdir: 1.Morfologiya 2.Sintaksis.
Dilimizin lüğət tərkibində olan sözlərin hamısı müəyyən qrammatik mənaya malik olur. Bu baxımdan ayrı-ayrı nitq hissələri kimi qruplaşır. Sözün hansı nitq hissəsinə aid olması onun hansı suala cavab verməsindən, əşya, yoxsa hərəkətlə bağlı olmasından və s. asılıdır. Nitq hissələri bir-birindən leksik-qrammatik mənalarına görə fərqlənir. Dilimizdə 11 əsas nitq hissəsi var. Onlardan altısı əsas, beşi köməkçi nitq hissəsidir.
Qeyd: Kök və şəkilçi morfologiyada əsas anlayışlardandır.Leksik şəkilçilər sözə qoşularkən sözün yalnız mənasını deyil, aid olduğu nitq hissəsini də dəyişir.
Sözlər ümumi qrammatik mənalarına görə müəyyən qruplara bölünür. Məsələn: ev, kitab, dəflər, qələm, çanta, məktəbvə s. sözləri əşyanın adınıbildirdiyi üçün isimadlanan nitq hissəsində qruplaşır. Həmin əşyaların əlamətinibildirən hündür, maraqlı, qalın, göy, qara, böyük və s. sözləri isə sifət adlanan başqa bir nitq hissəsində birləşirlər. Eləcə də hərəkətbildirən sözlərdən morfologiyada fel kimi: hərəkətin tərzini, yerini, zamanınıbildirən sözlərdən isə zərf kimi bəhs olunur.
Dilımızdəki nitq hissələri əsas əlamətlərinə görə üç növə bölünür: əsas nitq hissələri, köməkçi nitq hissələri, xüsusi nitq hissəsi (nida).
Əsas nitq hissələrinin iki əsas səciyyəvi xüsusiyyəti var
1.Müstəqil leksik məna daşıyaraq, əşyanı, əlaməti, miqdarı,hərəkəti və s.bildirir.
2.Cümlə üzvü vəzifəsində işlənir.
Köməkçi nitq hissələrində bu xüsusiyyətlər yoxdur. Onlar yalnız qrammatik məna daşıyır.
Xüsusi nitq hissəsi olan nidanın isə nə leksik, nə də qrammatik mənası var. O yalnız hiss, həyəcan bildirdiyi öçün xüsusi nitq hissəsi sayılır.



A)



B)




C)


D)





E)
Morfologiya yunanca morfos (forma) və loqos (elm) sözlərindən yaranıb. Morfologiya nitq hissələrindən, sözlərin tərkibindən və dəyişmə qaydalarından bəhs edir. Sintaksis də yunan sözü olub tərtib deməkdir.Bu bölmədə sözlərin söz birləşmələri daxilində əlaqələnməsindən bəhs olunur.
Nitq hissələri
Qeyd: Kök və şəkilçi morfologiyada əsas anlayışlardandır.Leksik şəkilçilər sözə qoşularkən sözün yalnız mənasını deyil, aid olduğu nitq hissəsini də dəyişir.
Əşya və hərəkət
Qrammatikada əşya dedikdə canlı və cansız, gözlə görünən və ya təsəvvür edilə bilən bütün varlıqlar və anlayışlar nəzərdə tutulur. Hərəkət dedikdə isə yalnız baş vermiş hadisə deyil, mövcud olması və ya olmaması da götürülür.
Əvəzlikdən başqa digər nitq hissələri ya əşya, ya da hərəkətlə bağlı olur. Əvəzlik isə əvəz etdiyi nitq hissəsindən asılı olaraq həm əşya, həm də hərəkətlə bağlı olur.
Əvəzlikdən başqa digər nitq hissələri ya əşya, ya da hərəkətlə bağlı olur. Əvəzlik isə əvəz etdiyi nitq hissəsindən asılı olaraq həm əşya, həm də hərəkətlə bağlı olur.
Dilçiliyin əsas bölmələrindən biri olan qrammatikada sözlərin formaca dəyişməsi və cümlədə birləşməsi qaydaları öyrənilir.Qrammatika iki hissəyə bölünür:
1.Morfologiya
2. Sintaksis
Morfologiya (yunanca morfos - forma və loqos -elm, təlim sözlərindən təşkil olunub) sözün formalarını öyrənir.Morfologiyanın əsas mövzusu nitq hissələridir.Morfologiyada sözlər nitq hissələri kimi öyrənilir, onların quruluşu və dəyişmə qaydalar araşdırılır.
Sintaksis (yunan sözüdür; tərtib, birləşmə deməkdir) söz birləşmələrini və cümlələri öyrənir.
1.Morfologiya
2. Sintaksis
Morfologiya (yunanca morfos - forma və loqos -elm, təlim sözlərindən təşkil olunub) sözün formalarını öyrənir.Morfologiyanın əsas mövzusu nitq hissələridir.Morfologiyada sözlər nitq hissələri kimi öyrənilir, onların quruluşu və dəyişmə qaydalar araşdırılır.
Sintaksis (yunan sözüdür; tərtib, birləşmə deməkdir) söz birləşmələrini və cümlələri öyrənir.
NİTQ HİSSƏLƏRİ
Dilımızdəki nitq hissələri əsas əlamətlərinə görə üç növə bölünür: əsas nitq hissələri, köməkçi nitq hissələri, xüsusi nitq hissəsi (nida).
Əsas nitq hissələrinin iki əsas səciyyəvi xüsusiyyəti var
1.Müstəqil leksik məna daşıyaraq, əşyanı, əlaməti, miqdarı,hərəkəti və s.bildirir.
2.Cümlə üzvü vəzifəsində işlənir.
Köməkçi nitq hissələrində bu xüsusiyyətlər yoxdur. Onlar yalnız qrammatik məna daşıyır.
Xüsusi nitq hissəsi olan nidanın isə nə leksik, nə də qrammatik mənası var. O yalnız hiss, həyəcan bildirdiyi öçün xüsusi nitq hissəsi sayılır.
Azərbaycan dili IV sinif
1. Neçə sözdə qalın saitlərin ahəngi var?
Arı, Sona,
siyasət, hünər, arxalı, meşəlik, kolluq, səadət, insan
A) 2 B) 3 C) 4 D) 5
2. Hansı sıra yalnız kar samitlərdən ibarətdir?
A) k, g, t, d, p, b; B) f, v, c, z, x, p ; C) k, ç, ş, s, x, h
3. Eyniköklü sözlərdən ibarət cərgəni tap.
A)
bağın, bağça, bağlar B)
sulu, susuz, sula
C) güləş, gülçü, güllük D) yolda, yoldaş, yollan
C) güləş, gülçü, güllük D) yolda, yoldaş, yollan
4. Tərkibində daha çox sözdüzəldici şəkilçi olan
sözü göstər.
A) əkinçilər B)
yazıçılıqdır C) bağçanındır D) danışdıq
5. “Mən dünən məktəbdən qayıdanda Azəri kinoteatrın
qabağında gördüm” cümləsində neçə isim var?
A) bir B) iki C) üç D) dörd
6. Hansı cümlənin xəbəri isimlə ifadə olunmuşdur?
A) Biz xəzərin sahilində
yaşayırıq
B) Onun paltarı təzədir
C) Atam dənizçidir
D)
saat 3 – də gedəcəyik
7. Aşağıdakı bənddə verilmiş neçə sözdə - dan, -
dən şəkilçisi yazılışından fərqli tələffüz olunur?
Keç bu dağdan, bu arandan,
Astaradan, Lənkərandan
Afrikadan, Hindistandan
Qonaq gəlir bizə quşlar,
Zülm əlindən qurtulmuşlar
A) 2
B) 3 C) 4 D) 5
8. Əksmənalı sifətləri tapın.
A) qoçaq – igid B)
köhnə - təzə C)
yastı – yarımçıq D)
uca – hündür
9. Xəbəri indiki zaman feli ilə ifadə olunmuş
cümləni tap.
A) Kəndimizin əhalisi yaxşı
yaşayır.
B) Böyüyəndə Əli də ali
məktəbdə oxuyacaq
C) Dünən yağış yağdı
D) Bu kitabı mən də oxumuşam
10. “fel + isim” quruluşlu söz birləşməsini tap.
A) bir oğlan B) oxuyan müğənni C)
daş bina D)
yaşıl yarpaq
11. Hansı məsdər deyil?
A) toxumaq B) dərmək C) yumaq D) çomaq
12. “ Çöldə güclü külək əsir ”.
Verilmiş cümləni cümlə üzvlərinə görə təhlil edin.
13. Hansı cümlənin mübtədası söz birləşməsi ilə
ifadə olunub.
A) Qara buludlar dağılır .
B) Yaylağın havası sərindir.
C) Qatar dayandı .
D) Qarşımdakı Əlinin
dəftəridir.
14. Hansı düzəltmə sözdür?
A) dinlə B) yoxla C) saxla D) bağla
15. Yalnız dodaqlanan saitləri olan neçə söz
işlənmişdir.
Balıq,
körük, gözəl, qoyun, ölməz, dəri
A) 1
B) 2 C) 3
D) 4
Azərbaycan dili
I variant
1. “Gözəlliklərdəndir” sözünün kökü hansıdır:
A) göz B) gözəl C) gözəllik D) gözəlliklər E) gözəlliklə
2. Eyniköklü sözlər cərgəsini müəyyənləşdirin
A) dərin , dərmək, dərə
B) ələk, əlcək, əlvan
C) calaq, darlıq,
daramaq
D) gülçü, güllük, güldan
E) bağ, bağlı, bağban
3. “Tapşırıqların” sözünün tərkibi hansı sxemə
uyğundur.
4. İki cür yazılan şəkilçilərin tərkibində hansı
saitlər işlənir?
A) Bütün saitlər B) yalnız qapalı saitlər C) açıq saitlərin hamısı D)
incə saitlər E)
a, ə saitlər
5. Sadə söz hansıdır?
A) hörgü B)
bölgü C) güzgü D) sərgi E) vergi
6. Məkan bildirən düzəltmə isimlər hansı
cərgədədir.
A) daraq, süzmə B)
düzlük, dostluq C) çəmənlik, yayla D)
çürüntü, qaçaq E) çəki, yaddaş
7. Təsirlik halda olan isim hansı cümlədəndir?
A) Biz bağçadan gül
yığdıq
B) Külək pəncərələri,
qapıları titrədirdi
C) Xəzərin mavi suları qara
rəngə çalırdı
D) Nurəddin meşədə
azmışdı
E) Elşad məktuba cavab yazdı
8. Cümlələrdən birinin xəbəri düzəltmə sifətlə
ifadə olunmuşdur:
A) Ayazın atası
neftçidir
B) Onun bütün qiymətləri
beşdir
C) Az keçmədən güclü yağış
başladı
D) Ayaz atasının üzünə
baxdı
E) Kitabxanadan aldığı kitab
maraqlıdır
9. “fel + isim” dən ibarət söz birləşmələri olan
sıranı tap.
A) yaşayış binası, Bakı
nefti
B) qoz ləpəsi, coşqun
ləpələr
C) uçan quş, oxumaq
həvəsi
D) Bürkülü hava, narın yağış
E)
onun arzusu, çoxlu adam
10. Biri əmr cümləsidir:
A) Ayaz həyətə düşdü
B) Balaca dovşana tamaşa
etdi
C) çox bil, az danış
D) Ağac bar verdi
E) Fərhad məktəbdən qayıtdı
11. Düzəltmə isimlərdən birinin kökü sifətdir.
A) daşlıq B) sakitlik C) başlıq D) kolluq E) həkimlik
12. Biri cümlə deyil.
A) saat altıdır B)
uca dağlardan C) çaylar çağlayır D)
hamı hazırdır E) haqdan keçmək olmaz
13. İki düzəltmə sözdən ibarət mürəkkəb sözlər
cərgəsini göstərin
A) dəvədabanı, suyuşirin,
gözüyaşlı
B) əliəyri, sözübütöv,
uzunsaçlı
D) açıqqəlbli, soyuqqanlı,
enlikürəkli
E) dalbadal, gözütox,
üzügülər
14. Hansı cümlədə gələcək zamanda işlənən fel var?
A) Qumru başını qaldırıb göyə
baxır
B) Bir an içində Keyxosrovun
çadırı boşaldı
C) O, bizim ümidlərimizi
doğruldacaq
D) O, məktəbə vaxtında
gəlmişdi
E) Borcunu qaytarıb
15. Cümlələrdən birinin mübtədası söz birləşməsi
ilə ifadə olunub.
A) Bakı neft bütün dünyada
məşhurdur.
B) Dostum yaxınlıqdakı meşədə
gəzməyi təklif etdi
C) Beşinciləri
mükafatlandırdılar
D) O, mühəndis kimi şöhrət
tapmışdı
E) Meşəbəyi kəsilən ağacları
ürək ağrısı ilə seyr edirdi.
:D
YanıtlaSil