21 Ocak 2015 Çarşamba

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV

Heydər Əliyev 1993-cü ilin iyunun 15-də Ali Sovetin
sədri, iyunun 24-də isə Azərbaycan Respublikasının
Prezidentinin səlahiyyətlərini icra etməyə başladı.
Artıq həmin ilin sentyabrın 21-də Elmlər
Akademiyasında ziyalılarla ilk görüşünü keçirdi. O, bu
görüşdə söyləmişdir: "Mənə sədalar gəlir ki, Elmlər
Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm
ocaqlarına biganə münasibət var. Biz bunların
hamısına son qoyacağıq. Nəyin bahasına olursa-olsun,
son qoyacağıq. Hansı iqtisadiyyat olursa-olsun, elm
inkişaf etməlidir...".1993-cü il oktyabr ayının 3-də
Heydər Əliyev ümumxalq səsverməsi yolu ilə
Azərbaycan Respublikasının Prezidenti seçildi.
Qarşıda həlli çətin olan məsələlər dururdu: atəşkəsə
və sabitliyə nail olmaq, Qarabağ probleminin həllinə
çalışmaq, Azərbaycanı dünyaya tanıtmaq və
informasiya blokadasını yarmaq... Həmin il
məktəbəqədər təhsilin bazis proqramı işlənib
hazırlandı.1994-cü ilin ilk yarısında atəşkəs haqqında
saziş imzalandı. Paralel olaraq "Ümumtəhsil
məktəblərinin nümunəvi Əsasnaməsi"nin yaradılması
məsələsi qoyuldu. Hökumətin böhran halını
yaşamasına baxmayaraq, heç olmasa, ibtidai siniflər
üçün dərsliklərin pulsuz verilməsi barədə qərar qəbul
edildi.1999-cu ilədək təhsil sahəsində müxtəlif
qərarlar qəbul edilsə də, təhsilin milli tərəqqimizin
güclü amilinə çevrilməsi üçün dövlət təminatı olmalı
idi. Odur ki, 1998-ci ilin martında "Təhsil sahəsində
islahatlar üzrə Dövlət Komissiyasının yaradılması
haqqında" sərəncam imzalandı və bunun ardınca
"Təhsil sahəsində islahatlar Proqramı" qəbul edildi.
Komissiyanın yekun iclasında çıxış edən Heydər Əliyev
demişdir: "Təhsil sistemi elə bir sistemdir ki, burada
heç bir inqilabi dəyişiklik ola bilməz. Ümumiyyətlə,
bizim həyatımızın bütün sahələrində dəyişikliklər
təkamül xarakteri daşıyır" Allah sənə rəhmət eləsin
Heydər Əliyev

18 Ocak 2015 Pazar

Şəhidlər

Sübhdən çıxalı evlə vida eyləməyən var,
Tanrım, sönə düşmənin evindəki çıraqlar!
Güllə səsi tutmuş bu gecə xeyli qulaqlar
Bir-bir tökülür xəzreyi ümmanə şəhidlər!
Kaş ki, Bakıda ol gecə al qanı görəydin,
Asfalta yıxılmış neçə cavanı görəydin,
Əlində tutmuş əsləhə şeytanı görəydin,
Onda bilərdin ki, yetir canə şəhidlər!
Bəzi ananın tək çırağı söndü o axşam,
Şəhidlər necə hicr oduna yandı o axşam,
Hürriyəti insan balası dandı o axşam,
Zülfünə çəkib qırmızı şanə şəhidlər!
Ovundura bilməz bir nəfər şəhid atasın,
Yadına salar İbrahimin kuhi minasın,
Əflakə çəkər ahu fəqan darı nəvasın
Qəlblər soyulur hər gecə viranə şəhidlər!
Şəhid anası gəzmə belə gül sorağında,
Hicranə yanırsan qalırsan gül fərağında,
Baş əymədilər ol yağı düşmən qabağında,
Zülm olsada can verdilər mərdanə şəhidlər!
Oldu Bakıda Kərbibəla tufanı Allah!
Ağlamağ olub millətimin hər anı Allah!
Güllər səpilib yollara minlər sanı Allah!
Göz yaşı axır guşeyi xiyabana şəhidlər!
Yaz Dost Əli ol qəmli-kədərli gecələrdə,
Göz yaşlı ürək odlu qəhərli gecələrdə,
Zülm ilə keçən qarə zəhərli gecələrdə,
Bil daxili cənnətdi rizvanə şəhidlər! 

ŞƏHİDLƏR

Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi Şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi Şəhidlər ...
Zalım öyünməsin zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi Şəhidlər ...
O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü,
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü Şəhidlər ...

Ay Ana

Qara Örpekli Anam
Gözleri Yawli Anam
Mezarimin Bawinda
Durub Aglayan Anam
Ana-Ana, Ay Ana!
Yaraliyam Ay Ana.
Qizil Qanim Axanda,
Veten Dedim Ay Ana
Her Yan Acar Gül-Cicek
Bir Gün Bahar Gelecek
Mense Qara Torpaqda,
Yatib Qaldim Ay Ana.

10 Ocak 2015 Cumartesi

Qara Yanvar

Qara Yanvar
Qara Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı
il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet
ordusunun , erməni quldur dəstələri ilə birgə
Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror
aktı.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda
mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil
olmuş, 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı
ərazi iddiaları irəli sürən Ermənistan ın
təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ
rəhbərliyinin onlara havadarlığından hiddətlənən,
Bakının küçələrinə və meydanlarına çıxaraq buna
öz qəti etirazını bildirən geniş xalq kütlələrinə
qarşı sovet ordusunun döyüş hissələrinin
yeridilməsi Azərbaycanda misli görünməmiş
faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz
ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini
hər şeydən uca tutan mərd Vətən övladları
canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
1990-cı ilin 20 yanvarında keçmiş sovet
dövlətinin hərb maşınının Azərbaycan xalqına
qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı
törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər
tarixində qara səhifə olaraq qalacaqdır. Milli
azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda
mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması,
kütləvi terror nəticəsində yüzlərlə günahsız
insanın qətlə yetirilməsi və yaralanması totalitar
sovet rejiminin süqutu ərəfəsində onun
cinayətkar mahiyyətini bütün dünyaya bir daha
nümayiş etdirdi.
Hərbi müdaxilə
20 yanvar qurbanlarından
Sovet Ordusunun böyük kontingentinin, xüsusi
təyinatlı bölmələrin və daxili qoşunların Bakıya
yeridilməsi xüsusi qəddarlıq və görünməmiş
vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası
Çexoslovakiyaya , Macarıstana, Əfqanıstana qarşı
həyata keçirdiyi hərbi müdaxiləni hətta o
zamankı Sovet İttifaqının müttəfiq
respublikalarından biri olan Azərbaycanda da
təkrarlamaqdan çəkinmədi. Həmin vaxt
Azərbaycan qonşu Ermənistan ın da təcavüzünə
məruz qalmışdı. Belə bir şəraitdə sovet
rəhbərliyi nəinki münaqişənin qarşısını almaq
üçün qəti tədbirlər görməmiş, əksinə,
Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə
Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə
alınan erməni əsgər və zabitləri, sovet hərbi
hissələrində xidmət edən erməniləri, hətta
erməni kursantları da daxil etmişdi.
Bakıya yeridilmiş qoşun kontingentinə,bəzi
məlumata görə,onun sayı 35 min nəfərə
çatırdı,- "doyüş tapşırığını" yerinə yetirmək
üçün möhkəm psixoloji hazırlıq keçmişdilər: "Sizi
Bakıya rusları müdafiə etmək üçün gətirmişlər,
yerli əhali onları vəhşiçəsinə məhv edir;
ekstremistlər Salyan kazarmalarının (Bakıda
əsas hərbi qarnizonun yerləşdiyi ərazi)
ətrafındakı evlərin damlarında snayperlər
yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş
nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq
Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü
avtomat-pulemyot atəşinə tutacaqlar" ("Şit"
təşkilatı müstəqil hərbi ekspertlərinin
hesabatından).
Mixail Qorbaçov başda olmaqla sovet
imperiyasının rəhbərliyi Bakıda "rus və erməni
kartından" məharətlə istifadə etdi. Guya Bakıya
qoşun onları, hərbi qulluqçuların ailələrini
qorumaq, "millətçi ekstremistlər" tərəfindən
hakimiyyətin zorakılıqla ələ keçirilməsinin
qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu
açıq riyakarlıq, ağ yalan idi. Həmin vaxt burada
daxili qoşunların 11,5 min əsgəri, Müdafiə
Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı
hərbi hissələri,hava hücumundan müdafiə
qüvvələri var idi. 4-cü ordunun komandanlığı da
Bakıda yerləşirdi. 1989-cu ilin sonunda
Azərbaycanın cənub regionlarında əhali İranla
sərhəddə olan qoruyucu barrikadaları dağıdaraq
sərhədi kütləvi şəkildə keçirdilər. SSRİ rəhbərliyi
İrana gedən azərbaycanlıların Azərbaycana silah
daşımasından qorxuya düşərək Bakıda yerləşən
hərbçiləri cənub regionlarına göndərmişdilər. Ona
görə də 1990-cı ilin yanvarında Bakıda
hərbçilərin sayının az olmasından istifadə edən
təxribatçılar bir çox iğtişaşlar törədirdilər.
1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ
Konstitusiyasının 119-cu, Azərbaycan SSRI
Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə
pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə
vəziyyət elan edilməsi haqqında fərman imzaladı.
SSRİ Müdafiə Nazirliyinin,DİN və DTK-nın
hazırlayıb həyata keçirdiyi "Udar" adlı
əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və
SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı.
Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda
134 mülki vətəndaş öldürülmüş, 600-dən çox
adam yaralanmışdı. Öldürülənlər arasında beş
millətin nümayəndələri,20-dən çox qadın, uşaq
var idi.
Yanvarın 19-da gecə qoşun fövqəladə vəziyyət
elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu
və əhaliyə divan tutmağa başladı. Qorbaçovun
fərmanı qüvvəyə minənədək (20 yanvar, saat
00:00) artıq 9 nəfər öldürülmüşdü.
Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına
çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız
atəşə tuturdular. İnsanlar nəinki küçələrdə,
hətta avtobusda gedərkən,öz mənzillərində
oturduqları yerdə güllələrə tuş gəlirdilər.
Yaralıları aparmağa gələn təcili yardım
maşınlarını və tibb işçilərini də atəşə tuturdular.
Bakıda fövqəladə vəziyyətin elan olunması
haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-
də səhər saat 7-də respublika radiosu ilə
çatdırıldı. Halbuki,Mixail Qorbaçovun
Azərbaycana ezam etdiyi yüksək vəzifəli
emissarlar həyasızcasına bəyan edirdilər
ki,Bakıda fövqəladə vəziyyət elan
olunmayacaqdır.
Bakıda Salyan kazarmasında 20 yanvar gecəsində
döyüşlər başlayır. Orada azərbaycanlı zabitlər,
əsgərlər, gürcü, osetin, çeçen, inquş və başqa
millətlərin nümayəndələri ilə birləşib orduya
qarşı vuruşurlar. 20 yanvardan sonrakı Dəfn
mərasimindən sonra 23 yanvarda Azadlıq
meydanında mitinq olmuşdur. Mitinqdə Salyan
kazarmasında Sovet ordusuna qarşı vuruşan
adamların sayı barədə məlumat verilmişdir: 274
azərbaycanlı, 64 gürcü, 52 çeçen, 27 ləzgi, 30
özbək, 5 rus. Həmin gecə Bakı radiosu ilə
Bakının komendantı general Dubinyak çıxış edib
bildirdi ki, 83 nəfər həlak olub, 14-ü əsgərdir.
Lakin Leyla Yunusova məlumatında məscidə 300-
dən çox meyit gətirildiyini bildirmişdir.
"Qara Yanvar"ın indiyədək özündə saxladığı
sirlər çoxdur. 100 cildlik istintaq materialının 69
cildi Bakıdan Moskvaya, keçmiş SSRİ
Prokurorluğuna aparılıb və bir daha geri
qaytarılmayıb. Azərbaycan xalqının məruz qaldığı
bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət
kimi beynəlxalq müstəvidə layiq olduğu təsnifatı
almayıb. Bu hadisələrə emosiya, kədər, yaxud
mübarizlik səlnaməsi kimi pafoslu münasibətlə
bərabər, bir qədər də soyuqqanlı olub, o
hadisələrin gerçək mahiyyətini dünya birliyinin,
çeşidli beynəlxalq təşkilatların önünə qoymaq
barədə düşünməli, 20 Yanvara beynəlxalq-hüquqi
qiymətin verilməsinə çalışılmalıdır.
Qara yanvar və media
SSRİ DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat
19.27-də Azərbaycan televiziyasının enerji
blokunu partlatdı, respublikada televiziya
verilişləri dayandırıldı.Mətbuat
susduruldu.Azərbaycan dünyadan təcrid
edildi.Məhz bu faciəli anlarda uzaqlardan
"Azadlıq radiosu"nun, Mirzə Xəzərin səsi Mixail
Qorbaçovun informasiya blokadasını dağıtdı.
Şair və publisist Məlahət Ağacanqızı bu anı öz
xatirələrində belə təsvir edir:"Yaxşı yadımdadır
20 yanvar gecəsi bütün yaxınlarımız bir otağa
yığışmışdı. Böyük otaq adamla dolu olsa da heç
kəs danışmırdı. Qadınlar səssiz ağlayırdılar,
kişilər baxışları ilə yeri yarmaq istəyirdilər -
yerə girmək üçün!Qardaşım radio dalğalarını
həyəcanla ələk-vələk edirdi. Və radiodan Mirzə
Xəzər in səsini eşidəndə, mənə elə gəldi ki, hamı
nəfəsini uddu, amma hamı dirildi. 20 yanvar
gecəsi - Mirzə Xəzərin səsi - möcüzə idi! Bəlkə
"ah, nalədən" boğulan hava – Mirzə Xəzərin səsi
ilə hıçqırırdı! Mirzə Xəzər - 20 yanvarda
ölməkdə olan Azərbaycan xalqına Allahın bəxş
etdiyi ilahi səsi ilə ümid verdi. Bir gündə bir
əsrə bərabər iş gördü. O səs milləti məzardan
çıxartdı. Dirilərə şəhid oğulları dəfn etmək üçün
güc verdi." "Azadlıq"ın 20 yanvardakı ilk
verilişi həm Azərbaycanda, həm də dünyanın hər
yerində azərbaycanlıları və ictimaiyyəti oyatdı.
Dünya azərbaycanlıları ayağa qalxdı. Etirazlar
başladı. Qorbaçov öz xəlvəti Bakı qanlı
"sərgüzəştini" sona çatdıra bilmədi. Bu zərbədən
sarsılan qəzəbli Kreml rəhbərliyi "Azadlıq"
radiosundan ABŞ hökumətinə rəsmən şikayət
etdi.

7 Ocak 2015 Çarşamba

Əmr

20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün qeyd edilməsi barədə Azərbaycan Respublikası
təhsil nazirinin əmri
20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün təhsil müəssisələrində qeyd edilməsi
məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini
rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. 20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil
Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
2. Tədbirlər planına müvafiq olaraq ali, ilk peşə və orta ixtisas təhsili, ümumtəhsil,
internat məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində 06 - 20 yanvar tarixlərində
Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş
tədbirlər həyata keçirilsin.
3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını
və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunsun.
Əsas: Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Rəhbərinin 17 dekabr
2014-cü il tarixli, 134 nömrəli Sərəncamı.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
6 yanvar 2015-ci il
№08

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü

Həmrəylik günü

Azərbaycanlılar minilliklər boyu özlərinin doğma
torpağı olan tarixi Azərbaycan ərazisində
yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr
vermişlər. Müharibələr, inqilablar , hərbi
münaqişələr, dünyada gedən müxtəlif ictimai-
siyasi proseslər nəticəsində Azərbaycan
parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-
yuvalarından didərgin salınmış, deportasiyalara
məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş
tapmaq, təhsil almaq məqsədilə doğma yurdu
tərk edərək başqa ölkələrdə qərar tutub
yaşayan azərbaycanlılar da vardır. Beləliklə də,
azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından
bütün dünyaya yayılmışlar. Hazırda onlar
dünyanın bir çox ölkələrində yaşayırlar.
Rusiyada , Ukraynada , Müstəqil Dövlətlər
Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə,
Avropada, Amerikada , Şərq ölkələrində iri
Azərbaycan icmaları yaranmışdır.
SSRİ - son günləri, Azərbaycan millətinin, Araz ın
hər iki sahilində sərhəd yürüyüşü, dəmir tikanlı
məftilləri qırması, özünü suya vurub öz doğma
qardaş bacısına qovuşmaları iki totalitar dövlətin
ciddi təzyiqlərinə baxmayaraq, o taylı – bu taylı
millətin həftələrlə Araz qırağında gecə-gündüz
birləşmək şüarı, azərbaycanlılar ın bir millət
olduğunu dünya çapında bir daha canlandırdı.
Həmrəylik günü bu birləşmək istəyinin simvolik
nişanıdır.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün
əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda
sərhədlərin ( SSRİ - İran sərhədləri) dağılması
zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan
arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt
İstanbulda türk dilli xalqların Konfransı
keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının
həmrəyliyinin qeyd olunmasına qərar verdi.
1991-ci ilin 16 dekabr ında Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Heydər Əliyev
dünya azərbaycanlılarının birliyini yaratmağın
əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni
Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan
etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz
olan 31 dekabr Dünya Azərbaycanlılarının
Həmrəylik Günü bayram edilir. Azərbaycanlılar
bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.