“Kurikulum” latın sözü olub, lügəvi mənası “kurs”, “elm”
deməkdir. Bu söz ingiliscə-rusca lügətlərdə “təlim kursu”, “tədris planı”,
“proqram” kimi izah olunur. Bəzi alimlərin qeyd etdikləri kimi, 1876-cı ildən
etibarən ondan bir termin kimi istifadə olunmağa başlanmışdır. İlk fənn
kurikulumları 1918-ci ildə ABŞ-da meydana gəlmışdir. Ötən əsrin 70-ci
illərindən sonra kurikulum nəzəriyyəsi formalaşmışdır. Azərbaycanda bu
termindən keçən əsrin 90-cı illərinin axırlarından başlayaraq istifadə olunur.
Kurikulum dünyanın mütərəqqi təhsil modellərindən biri
olmaqla hazırda geniş miqyasda tətbiq olunur. Avropa ölkələrində kurikuluma
təhsilin əsasını təşkil edən sənəd kimi yanaşılır. Konseptual sənəd kimi onun
məzmununda standartlar, zəruri minimum, təhsil alanların hazırlığına qoyulan
tələblər, texnologiya və qiymətləndirmə məsələləri əhatə edilir. Əslində bu
məsələlərin hər biri kurikulumda onun tərkib hissəsi mühüm komponentləri kimi
ehtiva olunur. Həmin komponentlərin bir-birilə qarşılıqlı əlaqəsi, hər hansı
birinin digərini tamamlaması, onun məntiqi davamı olması vacib tələb kimi
gözlənilir.
Hiç yorum yok:
Yorum Gönder