7 Ocak 2015 Çarşamba

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü

Həmrəylik günü

Azərbaycanlılar minilliklər boyu özlərinin doğma
torpağı olan tarixi Azərbaycan ərazisində
yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr
vermişlər. Müharibələr, inqilablar , hərbi
münaqişələr, dünyada gedən müxtəlif ictimai-
siyasi proseslər nəticəsində Azərbaycan
parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-
yuvalarından didərgin salınmış, deportasiyalara
məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş
tapmaq, təhsil almaq məqsədilə doğma yurdu
tərk edərək başqa ölkələrdə qərar tutub
yaşayan azərbaycanlılar da vardır. Beləliklə də,
azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından
bütün dünyaya yayılmışlar. Hazırda onlar
dünyanın bir çox ölkələrində yaşayırlar.
Rusiyada , Ukraynada , Müstəqil Dövlətlər
Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə,
Avropada, Amerikada , Şərq ölkələrində iri
Azərbaycan icmaları yaranmışdır.
SSRİ - son günləri, Azərbaycan millətinin, Araz ın
hər iki sahilində sərhəd yürüyüşü, dəmir tikanlı
məftilləri qırması, özünü suya vurub öz doğma
qardaş bacısına qovuşmaları iki totalitar dövlətin
ciddi təzyiqlərinə baxmayaraq, o taylı – bu taylı
millətin həftələrlə Araz qırağında gecə-gündüz
birləşmək şüarı, azərbaycanlılar ın bir millət
olduğunu dünya çapında bir daha canlandırdı.
Həmrəylik günü bu birləşmək istəyinin simvolik
nişanıdır.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün
əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda
sərhədlərin ( SSRİ - İran sərhədləri) dağılması
zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan
arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt
İstanbulda türk dilli xalqların Konfransı
keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının
həmrəyliyinin qeyd olunmasına qərar verdi.
1991-ci ilin 16 dekabr ında Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Heydər Əliyev
dünya azərbaycanlılarının birliyini yaratmağın
əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni
Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan
etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz
olan 31 dekabr Dünya Azərbaycanlılarının
Həmrəylik Günü bayram edilir. Azərbaycanlılar
bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.

Hiç yorum yok:

Yorum Gönder