Müəllimlərin bilik və bacarıqlarının diaqnostik
qiymətləndirilməsi imtahanlarında test suallarının cavablandırılmasına dair
təlimat
İmtahana başlamaq üçün kompüterin ekranında görünən
xanaya şəxsiyyət vəsiqəsinin seriya nömrəsi daxil edilərək “daxil ol” düyməsini
sıxmaq lazımdır. Açılan pəncərədə müsabiqə məlumatları əks olunacaqdır.
Məlumatların düzgünlüyünə əmin olunduğu təqdirdə, cədvəldən aşağıda “imtahana
başla” düyməsini sıxdıqdan sonra imtahan başlayacaqdır. Açılan yeni pəncərənin mərkəzində imtahanın ilk sualı və cavab
variantları və yuxarı sağ küncdə imtahanın başa çatmasına qalan müddət
görünəcəkdir. Pəncərənin yuxarısında suallar həm mövzular, həm də sıra
nömrələri üzrə görünür. Qırmızı rənglə işarələnmiş nömrə cavablandırılmamış,
yaşıl rənglə işarələnmiş nömrə cavablandırılmış, sarı rənglə işarələnmiş nömrə
isə hazırda ekranda görünən sualı bildirir. Həmin nömrələrdən hər hansı birinin
üzərinə sıxaraq birbaşa həmin sualı ekranda göstərmək mümkündür. Bu qayda ilə
istənilən sualı yenidən cavablandırmaq və ya seçilmiş cavab variantını dəyişmək
mümkündür. Sualları cavablandırarkən düzgün hesab edilən cavab variantının
üzərinə sıxdıqdan sonra aşağıdakı “növbəti” düyməsini sıxaraq digər suala
keçilir. Daha əvvəl cavablandırılmış suallara bir daha qayıtmaq üçün əvvəlki
düyməsini sıxmaq lazımdır. Qayıtdıqdan sonra seçilmiş cavab variantını dəyişmək
də mümkündür. İmtahanı bitirmək üçün sonuncu – 60-cı sualı ekranda göstərərək,
aşağıdakı imtahanı bitir düyməsini sıxmaq lazımdır. Düyməni sıxdıqdan sonra açılan
pəncərədəki xanaya şəxsiyyət vəsiqəsinin seriya nömrəsini daxil edərək “bitir”
düyməsini sıxmaq lazımdır. Həmçinin, nəzərdə tutulmuş vaxt bitdikdən sonra
imtahan avtomatik olaraq bitəcəkdir. İmtahan bitdikdən sonra ekranda toplanılan
bal əks olunacaqdır. İmtahan nəticəsi haqqında ətraflı məlumat şəxsi səhifədə
yerləşdiriləcəkdir.
Hiç yorum yok:
Yorum Gönder